Siyasət

Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir - ATƏT

29 Oktyabr 2020 19:16
Baxış: 752

Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir.

Milli.Az bildirir ki, bunu Trend-ə ATƏT-dən bildiriblər.

Təşkilatdan qeyd edilib ki, münaqişədə gərginlik başlayandan yüksək səviyyədə müzakirələr aparılır və ATƏT bu prosesdə aktiv iştirak edir:

"ATƏT xüsusilə münaqişənin dayanıqlı, dinc yolla tənzimlənməsi üçün danışıqlar bazasının təmin olunması üzərində işləyir, müvafiq müzakirələr davam edir".

Bundan başqa, qeyd olunub ki, təşkilat bir sıra bəyanatlarla çıxış edib və Dağlıq Qarabağ münaqişəsində davam edən zorakılıqla əlaqədar dərin narahatlığını bildirib. ATƏT bir daha bəyan edir ki, mülki şəxslər arasında itkilər heç bir halda qəbuledilən deyil.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.