Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Ermənilər Azərbaycanın işğal altında olan ərazilərindəki kəhrizlərin quyularına minalar, partlayıcı və zəhərli maddələr, insan meyitləri atıblar.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, bu səbəbdən işğal altındakı kəhrizlərlə bağlı ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri görülməli, yalnız bundan sonra ondan istifadə edilməlidir.
Bu gün Azərbaycanda 665-ə yaxın kəhrizin olduğunu deyən Ə.Quliyev bildirib ki, ölkənin işğal edilımiş ərazilərində 332 kəhriz olub.
Bu kəhrizlərin qeydiyyata alınmadığını vurğulayan institut direktoru əlavə edib ki, yalnız Cəbrayılda 111 kəhriz var:
"Cəbrayıldakı kəhrizlərin il ərzində 34 milyon kub metr su vermək imkanı var. Bu, az su deyil. Belə imkan Füzulidə, Ağdamda, Dağlıq Qarabağda da var".
Ə.Quliyev hesab edir ki, Azərbaycanda ölkə miqyasında kəhrizlərə nəzarət edən ayrıca qurum yaradılmalıdır. Bu qurum kəhrizlərin suvermə potensialından istifadəni təmin etməlidir.
Azərbaycanda kəhrizlərdən ötən əsrdə il ərzində təxminən 500 milyon kub metr su götürüldüyünü xatırladan Ə.Quliyev bu gün Naxçıvanda kəhrizlərdən istifadə edildiyini, buradan il ərzində 50-60 milyon kub metr su götürüldüyünü nəzərə çatdırıb: "Kəhrizlərdən çox cüzi xərclə su götürmək mümkündür. Hazırkı dövrdə bu sulardan istifadə çox aktual məsələdir. Nəzərə alsaq ki, kəhrizlərdən cüzi xərclə ekoloji təmiz su çıxır, biz buna sahib çıxmalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva





