Siyasət

Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: "Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir"

22 Oktyabr 2020 12:50
Baxış: 759

Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyevin qəbulunda olarkən Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu deyib.

Şərəf Malkoçu bildirib:

"Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.