"Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi, necə etməyi bilir"
Müasir dünyamızda beynəlxalq münasibətlər sistemində, təəssüf ki, hələ də beynəlxalq hüququn işlək mexanizmə sahib olmadığını görürük.
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
O bildirib ki, illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi də bu işləməyən mexanizmin acı nəticəsi idi:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Dağlıq Qarabağı işğal tapdağından azad etmək yolunda istər səngərin, istərs siyasi arenanın, istərsə də informasiya müharibəsinin Ali Baş Komandanı olmaqla bütün dünyaya sübut edir ki, artıq tarixi və hüquqi ədaləti bərpa etməyin zamanıdır. Çünki cənab Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərir.
Azərbaycan bu günə qədər dünya dövlətləri ilə qurduğu ikitərəfli, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrini beynəlxalq hüquq normaları əsasında quran, eyni zamanda bütün dünyaya sülhsevər çağırışlar edən beynəlxalq münasibətlərin etibarlı tərəfdaşıdır. Dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan illərdi lazımi təzyiq almayan və beləliklə də cəzasızlıq sindromu yaşayan işğalçı və terroru dövlət siyasəti həddinə gətirən Ermənistan daha da azğınlaşır, qudurur, özünü beynəlxalq hüquqdan xəbərsiz aparırdı. Cənab Prezident başda olmaqla, Azərbaycanın mərd oğulları sübut edir ki, artıq ədaləti bərpa etməyin vaxtı və vədəsi çoxdan yetişib.

İndiki dövrdə də istər indi döyüş meydanında qələbələr qazanmağımız, istərsə də bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq xalq hər bir zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentə inanaraq onun hər sözünün arxasında durdu. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi, necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Bütün xalq da dövlətimizin başçısının hər addımını alqışlayır, onun sözünə güvənir və hər gün əməli fəaliyyətinin şahidi olur. Dövlətimizin başçısı İlham Əliyev xalqa hər müraciətində işğal olunmuş yaşayış məntəqələrimizin adlarını açıqlayır, xalqımızı daha da qürurlandırır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevi ən əziz, doğma insanı bilir, hər gün xalqa etdiyi müraciətlə onu evlərinin, ocaqlarının ən arzuolunan insanı kimi səbirsizlə gözləyir. Azərbaycan xalqının qeyrətli, mərd oğlu, sözünün ağası olan dövlət başçımız İlham Əliyevlə fəxr edirik. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!"
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





