Siyasət

"Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir" - Deputat

20 Oktyabr 2020 13:38
Baxış: 1 034

Bu gün Azərbaycan qurtuluş savaşı aparır, torpaqlarımızı işğaldan azad edirik, tarixi yaddaşımızı işğaldan qurtarırıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan döyüş meydanında, diplomatiya sahəsində, informasiya cəbhəsində mübarizə aparır:

"Bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın əsgərləridir.

Sentyabr ayının 27-dən bu günə qədər Prezident İlham Əliyev ən müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın diplomatik sahədə qələbəsini təmin edir, Ordumuzun döyüş meydanında əldə etdiyi qələbələri diplomatik cəbhədə möhkəmləndirir".

O bildirib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir: "Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir. Bu gün erməni cinayətlərinin beynəlxalq hüququn, təsisatların diqqətinə çatdırılması üçün bizim parlamentdə çox böyük potensial var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.