Siyasət

"Azərbaycana məğlub olan Ermənistanın yeganə əlacı özü kimi faşistlərdən yapışmaqdır"

19 Oktyabr 2020 16:48
Baxış: 1 230

Bundestaqda təmsil olunan AfD partiyasının üç təmsilçisinin Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməsi gözlənilən idi. Çünki ideologiyası eyni olan siyasi qüvvələr bir-birinə dəstək verməlidir. Afd-nin siyasi ideologiyası Ermənistanın faşizm siyasəti ilə üst-üstə düşür.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Yerevanda faşist Qarigen Nijdeyə ucladılmış abidə də erməni faşizminin iç üzünü dünyaya açıb göstərib:

"Döyüş meydanında Azərbaycanın müzəffər ordusuna məğlub olmuş erməni faşistlərin beynəlxalq arenada da bütün cəhdləri boşa çıxıb və çarəsiz qalaraq özlərinə uyğun faşistlərdən yapışmaqdan başqa əlacları qalmayıb.

AfD-nin deputatlarının Dağlıq Qarabağa səfər etməsi heç də Almaniyanın Azərbaycana münasibətini əks etdirmir. Almaniyanın dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını ifadə edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı diplomatik beynəlxalq siyasəti sayəsində biz dünyaya öz haqq səsimizi çatdıra bilmişik.

Qoy ermənilər faşistlərlə dostluğunu möhkəmlətdirməkdə olsunlar, biz də ölkəmizin ərazi bütövlüyünü tezliklə təmin etmək uğrunda işimizi başa çatdıraq. Onsuzda müharibə başa çatandan sonra dünya dəyişəcək. Dünyanın lider ölkələrinin Azərbaycana baxışları dəyişəcək. Azərbaycan qalib və güclü ölkə kimi regionda yeni mənzərə formalaşdıracaq. Faşistlərin baxışları və istəkləri isə ürəklərində qalıb çürüyəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.