Prezidentin köməkçisi: Ermənistana qarşı təzyiqlərin olmaması onu yeni cinayətlər törətməyə sövq edir
Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, diplomatların Gəncəyə səfərinin təşkilində məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlərlə yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdir. Real faktlar odur ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir.
Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə əvvəl belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi "SCUD" tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var. Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır. Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq. Əgər cinayət varsa, cəza da olmalıdır. Bu, dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
-
Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
-
Prezident İlham Əliyevin Peter Pelleqrini ilə Şuşada görüşünü əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - (Video/Foto)
-
Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur
XƏBƏR LENTİ
-
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
-
İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
-
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - (Video)
-
Zeynəbin axtarışları hələ də davam edir - (Video)
-
Ağdərədə avtomobil aşdı, iki nəfər öldü
-
Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi - (Video)
-
Rusiya idmançılarına qarşı sanksiyalar ləğv edilir
-
Hüseyn Məhəmmədoğlu: "Oğlumun müğənni olmasını istəyirəm"
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)
-
Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova
-
Qarabağ Universitetində yüksək vəzifəyə təyinat oldu
-
Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu - (Video)
-
Heyvanların identifikasiyası nə üçün vacibdir?
-
Əməkdar artist: "Mətbəxə girmirəm, saçımı daramıram, 20 ildir bazarlığı sürücümüz edir"
-
Seneqal millisinin əsas həkimi ginekoloq imiş
-
Sevda Nəciyeva vəfat etdi
-
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
-
Faydalı qazıntı yataqları hərraca çıxarılacaq
-
"Həmişə döyüş oyunları oynayardı" - Əmisi oğlu Polad Həşimovdan danışdı - (Foto)
-
Avropada 14 minə yaxın insan istidən öldü
-
Bakıda və bölgələrdə güclü külək olacaq - Xəbərdarlıq edildi
-
Peter Pelleqrini Prezident İlham Əliyevlə avtomobildə selfi çəkdirib
-
"Sabah"ın hücum xəttinə 5 milyon avroluq namizəd





