Siyasət

Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir

15 Oktyabr 2020 09:47
Baxış: 1 888

Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Cənubi Koreyanın Hankuk Universitetinin professoru Rəşid İbrahimov deyib.

O bildirib ki, hərbi əməliyyatlara uşaqları cəlb edən hökumət öz siyasi hədəfləri uğrunda hər cür qurban verməyə hazırdır:

"Onsuz da, aydındır ki, Ermənistan rəhbərliyi öz xalqının gələcəyini fikirləşmir. Əgər rəsmi xronikaya nəzər salsaq, görərik ki, döyüşlərdə, əsasən, 1999-2001-ci il təvəllüdlü gənclər ölür. Burada daha bir məqam var. Gənclər arasında itkilər çoxalanda, erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaq və yeniyetmələri məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.