Siyasət

Ermənistan prezidenti sayıqladı: “Bakı neftini bizə borculudur”

13 Oktyabr 2020 11:34
Baxış: 23 626

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın "Russia Today" telekanalına müsahibə verib.

Və Ermənistanda ölkə rəhbərliyinin az qala küll halda endogen psixi sapmalara məruz qaldığını sübut edib.

Konkret olaraq A.Sarkisyanda hallüsinator durum, daha konkret olsam, hallüsinoz və eyni zamanda isteriya ilə Hanzer sindromudur.

Beləliklə, pasiyentin kliniki mənzərəsinə nəzər salaq, epikrizə baxaq:

A.Sarkisyna müsahibəsində deyib: "Bakı-Tbilisi-Ceyhan boru kəməri barədə azərbaycanlılar deyirlər ki, ermənilər bu kəməri vura bilərlər. Ona görə savaşırıq ki, kəməri mühafizə edək.

Ermənilər boru kəmərini vurmaq istəsəydilər, 20 il əvvəl, kəmər hələ tikiləndə vurardılar. Ermənilər Azərbaycana boru kəməri inşa etməyə, neft və qaz satmağa, milyardlarla dollar qazanmağa, sonra Dağlıq Qarabağda ermənilərə qarşı istifadə etdikləri milyardlarla dollarlıq silah və hərbi texnika almağa imkan verdilər. Bakı neftini bizə borcludur", - A.Sarkisyan deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.