Siyasət

Nika Qvaramia da Azərbaycana dəstək oldu

29 Sentyabr 2020 13:51
Baxış: 2 433

Ermənistan Qarabağın işğalçısıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri "Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramia Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

O, Dağlıq Qarabağı Ermənistanın işğal etdiyini bildirib:

"Bu məsələdə tamamilə razıyam. Aydındır ki, iki vur iki dörd edir və hamıya bəllidir. Eyni sözləri beynəlxalq cəmiyyət və mövcud beynəlxalq hüquq da söyləyir. Ermənistan Qarabağın işğalçısıdır. Həqiqət budur.

Öncə qonşu dövlət olan Ermənistanın Birləşmiş Millətlər Təşkilatında Abxaziya və Osetiya ilə bağlı səsvermə nəticələrinə baxın, sonra isə Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin ifadəsinə".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.