Rusiya Ermənistana yenə gizlicə silah və texnika yollayır - FOTO
Rusiyadan Ermənistana yenə dolayı, gizli yollarla silah və hərbi texnika daşınır.
Gürcüstan səmasını bu daşımalar üçün qapadığı səbəbindən Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Xəzər dənizinin üzərindən uçaraq Ermənistana yollanırlar.
Əldə etdiyimiz məlumatlara görə, Rusiyanın An-124-100 təyyarəsi (qeydiyyat nömrəsi - RA-82035) Rusiyanın Rostov-Don şəhərindəki aerodromdan havaya qalxaraq Qazaxıstan, Türkmənistan və İran səmasından keçərək Ermənistan paytaxtındakı Zvartnos hava limanında yerə enib.
RFF 9917 reysi ilə uçan təyyarə hərbi texnika daşıyıb.
Ermənistanın Rusiyadakı səfiri Vardan Tohanyan isə bəyan edib: "Münaqişə zonasında ağır döyüşlərin getdiyini nəzərə alsaq, Ermənistanın yeni silah və hərbi texnika alışı üçün Rusiyaya müraciət etməsi istisna olunmur".
Azərbaycanın strateji tərəfdaşı və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiyanın işğalçı Ermənistanı silahlandırmağa davam etməsi ən azı sual doğurur.
Ermənistanın baş naziri Nikol Paşinyanın son aylarda aşkar anti-Rusiya mövqeyi tutması, habelə Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesini faktiki olaraq dayandırmasını nəzərə alsaq, İrəvanın aqressiv ritorikası və addımlarının müqabilində Moskvanın "barışdırıcı missiyanı icra edən tərəf" rolunu oynamağa çalışması qənaətbəxş olmayan davranış və mövqedir.

Rəsmi Moskva anlamalıdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan sürəkli olaraq Azərbaycana qarşı hərbi təxriblatlara əl atır, yaşayış məntəqələrini və dinc sakinlərini hədəfə alır, bununla da kifayətlənməyərək Suriya və Livandan yaraqlılar gətirərək onlardan Azərbaycana qarşı diversiya-terror əməliyyatlarında istifadə edir.
Rusiyanın İrəvanla bağlı "gözləmə" mövqeyi tutması heç bir halda Moskvanın Cənubi Qafqazdakı forpostu olan Ermənistana təsir imkanlarını əldən verməmək istəyi ilə izah etmək olmaz.
Tam əksinə, Ermənistanın gizli silahlandırılması gedən döyüşlərdə İrəvana ciddi yardım və ya dəstək amili sayıla bilməz.
Nəzərə çatdıraq ki, Rusiya son aylarda gizli yollarla Ermənistana 1100 tona yaxın hərbi texnika, silah və sursat yollayıb.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





