Antiterror əməliyyatı qapıda - Ermənistan silah və terrorçu yığır
Cənubi Qafqazda geosiyasi gərginlik durmadan artmaqdadır. Bölgənin geosiyasi əhəmiyyəti Cənubi Qafqazı dünyanın qaynar nöqtələrindən birinə çevirmə təhlükəsi ilə üz-üzə qoyur. Ermənistanın Tovuzda törətdiyi son təxribatlar bölgənin gələcəyi baxımından yeni təhdidlərə yol açdı.

Havadarlarının davam edən dəstəyi Ermənistanı qanunları tapdalamağa şirnikləşdirir. Onlar təcavüzkarı silah-sursatla təmin edir, ideoloji və diplomatik yardımlar göstərirlər. Hətta böyük həcmdə maliyyə yardımları da ayrılır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamika ən kiçik risklərə belə həssas hala gəlməkdədir.
Belə bir məqamda Türkiyə canlı və hərbi texnikasını bura gətirməklə Azərbaycanın yanında olduğunu göstərdi. NATO üzvü olan Türkiyənin Cənubi Qafqazda Rusiya ilə qarşı-qarşıya gəlməsi bölgədə güc balansını da önəmli şəkildə dəyişdirdi. Moskvanın da baş verən son hadisələrdən sonra Rusiyanın regiondakı nüfuzunun zəiflədiyini gördüyü, bu vəziyyəti xeyirinə düzəltmək üçün yeni yolları sınaqdan keçirmək məqsədiylə hazırlıqlara başladığı iddia edilir. Rusiya bir yandan Ermənistanı slahlandırıb gücləndirməyə çalışır, digər tərəfdən də Azərbaycan-Rusiya münasibətlərini əvvəlki günlərinə qaytarmaq istəyir.

Buradan da belə bir nəticə çıxır ki, Rusiya keçmiş vərdişlərinə sadiq qalaraq yenə ikili oyun oynamağa cəhd edir. Buna sübut kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlardan sonra Rusiyanın bu ölkəyə silah daşımağa başlaması faktını göstərmək kifayət edir. Azərbaycan bu vəziyyətdən narahatdır. Prezident İlham Əliyev bu narahatlığı telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinə də bildirdi, bu məsələyə aydınlıq gətirilməyini istədi. Prezident İlham Əliyevin bu iradə və qətiyyəti nəticəsində Azərbaycan-Türkiyə Silhalı Qüvvələri arasında başlayan yeni dönəm Rusiyanı təcili addım atmağa vadar etdi. Sergey Şoyqunun Azərbaycan səfəri rəsmi Bakı ilə Moskva arasındakı buzları əritmək məqsədi daşıyırdı. Rusiyanın müdafiə naziri Ermənistanı silahla təchiz etmədiklərinə inandırmağa çalışdığı bir məqamda qəribə iddiası ilə diqqət çəkdi.

Şoyqu iddiasında hər gün Rusiyadan Ermənistana uçan hərbi təyyarədə Ermənistandakı Rusiya bazasına tikinti materialları daşındığını bildirdi. Lakin 25 avqustdan bu yana hər gün Mozdoq (Rusiya, Aktau (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Novşer-Rəşt (İran) - Mehri-İrəvan istiqamətində İL-76 TD hərbi təyyarəsi vasitəsi ilə uçuşların gerçəkləşdiyi müəyyən edilib. Uçuş istiqamətinin bu qədər qarışıq olması təyyarələrdə inşaat materiallarının daşındığı iddialarını heç etdi. 25 avqustda elə uçuşlardan biri isə Suriyadan İrəvana olub. Belə ki, Suriyadan qalxan Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 TD yük təyyarəsi Ermənistana hərbi texnika daşıyıb. Ümumilikdə isə, son 25 gün ərzində Ermənistana 500 tondan çox silah daşındığı deyilir.
ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Rusiyanın Ermənistanı silah-sursatla təchizatı Azərbaycanın bu beynəlxalq təşkilatdan ədalət gözləntilərini də birdəfəlik yox etdi.

Rusiyanın Ermənistana silah-sursat yardımı fonunda Paşinyan hakimiyyətinin öncə Ermənistanda "Müdafiə haqqında" qanunların dəyişməyi istiqamətində ciddi işlər görməyə başlaması və ardınca Suriya və Livandan erməni ailələrinin Azərbaycan torpaqlarına yerləşdirilməsi müharibə planından xəbər verir. Bu yolla Ermənistan Suriya və Livandan Qarabağa köçürülən ermənilərdən silahlı muzdlular kimi yararlanmağı nəzərdə tuturlar.

Hadisələrin bu cür cərəyan etməsi növbəti dəfə nümayiş etdirdi ki, Ermənistan Cənubi Qafqazda geosiyasi balansa ən böyük təhlükə olaraq qalır və destruktiv, dağıdıcı, iftiraçı təfəkkür malik olan, forpost, barbar xislətli idarəçiliyə sahibdir.
Bu riskin aradan qaldırılması istiqamətində böyük dövlətlərin heç bir addım atmaması isə Azərbaycanın yaxın gələcəkdə işğal olunmuş ərazilərində irimiqyaslı antiterror əməliyyatlarına başlamasını qaçılmaz edir.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





