Siyasət

“Ordu Oyunları 2020”də Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alındı - FOTO

23 Avqust 2020 17:26
Baxış: 1 282

Rusiyada keçirilən "Ordu Oyunları 2020" çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısı alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Alabino poliqonunda keçirlən Tank biatlonu oyunu çərçivəsində Dostluq Evində keçirlən sərgidə Ermənistan stendində Azərbaycanın qədim musiqi alətləri olan saz və tarı özünükü kimi təqdim etməyə cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyinin gördüyü tədirlər nəticəsində Ermənistan tərəfi stenddən Azərbaycan musiqi alətlərini yığışdırmağa məcbur olub.

Bundan başqa, Ermənistan stendində faşist Qaragin Njdenin fotosu nümayiş olunur.

Qeyd edək ki, Moskva vilayətinin Alabino poliqonunda Beynəlxalq Ordu Oyunlarının açılışı olub. Sentyabrın 5-nə kimi davam edəcək oyunlarda Azərbaycan tankçıları da iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.