Ermənistanla Faşist Almaniyasının oxşarlıqları nədir? - VİDEO
2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış "Evə gedən yol" cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Milli.Az bildirir ki, filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin "düşməndən azad olunmuş" həmin ərazilərə səyahətindən bəhs edilir.
Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara "Böyük Ermənistan" xülyası təlqin edilir.
23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?" - sualına cavab olaraq Sarkisyan deyib: - "Bu sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.
Hitler də "Böyük Alman Reyxi" yaratmaq istəyirdi.
İrqçilik
Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında "ermənilərlə azərbaycanlıların genetic baxımdan uyğunsuz" olduğunu bildirmişdir. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq etmişdir.
Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında demişdir: "ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir." Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdir.
Faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan " təmiz Ariya irqi"nə istinad edir.
Bu Faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır.
Bu qanunlar almanların "təmizliyini" qorumaq üçün "ari irqinə" məxsus olmayan şəxslərlə evlənmələrinin qadağan edirdi.
Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər qovulmuşdur. Ermənistan hazırda mono-etnik ölkədir.
Soyqırımı törədilməsi - 1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik". öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirmişdir.
Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.
Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
“Qarabağ” “Dinamo”ya qarşı
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Türkan Şorayın rəqsi gündəm oldu - (Video)
-
Kürdə batan 21 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib - (Video)
-
Samuxda kütləvi zəhərlənmə
-
Öldüyü deyilən futbolçu "morq"da dirildi
-
Tarixin ən isti avqust ayı olacaq - Rekord qırılacaq
-
Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü
-
Bakının mərkəzində mağaza yandı - (Foto)
-
UEFA Superkubokunun qalibi bəlli oldu
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
14 il sonra ilk dəfə ət yedi - Göz yaşları "sel oldu" - (Video)
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev





