Layma malikanəsini 5 milyona satır - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur müğənni Layma Vaykule Latviyada yerləşən dəbdəbəli malikanəsini satmağa çalışır.
Milli.Az xəbər verir ki, bu haqda "Mash" məlumat yayıb. Bildirilib ki, sənətçi daşınmaz əmlakın qiymətini 4,8 milyon avroya endirib. Təcili satış halında isə daha 800 min avro güzəşt etməyə hazırdır.
Məlumata əsasən, Layma Vaykulenin Lielupe kimi prestijli ərazidə yerləşən malikanəsi təxminən 2010-cu illərin əvvəllərindən satışdadır. Müğənni əvvəlcə ev üçün 5 milyon avro tələb edib. Hazırda isə qiyməti təxminən 4 milyon avroya qədər endirməyi müzakirə etməyə hazır olduğu bildirilir.
İllər ərzində malikanəyə baxış keçirənlər olsa da, uyğun alıcı tapılmayıb. Rieltorlar potensial müştəriləri yoxlayır və əsasən Rusiya vətəndaşlığı olmayan şəxslərə üstünlük verirlər. Həmçinin rusdilli potensial alıcılardan siyasi açıqlamalardan çəkinmələri istənilir.
İddialara görə, Rusiya vətəndaşları üçün də istisna etmək mümkündür, lakin bu halda qiymətə əlavə 1 milyon avro qoyulur.
Təxminən 500 kvadratmetr sahəsi olan malikanədə hovuz, panoram zalı, geniş qonaq otağı, təbii materiallardan hazırlanmış mebellər və piano var. Həyətyanı sahə heykəllər və güllərlə bəzədilib. Evə köçmək isə dərhal mümkün deyil. Malikanənin boşaldılması üçün bir aydan çox vaxt tələb olunur.
Layma bundan əvvəl Latviyada mənzillərindən birini də satdığı bildirilir. Müğənni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın hərəkətlərini açıq şəkildə pisləyib və Ukrayna Silahlı Qüvvələrinə dəstəyini ifadə edib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib





