Şou-biznes

“Anladım ki, onunla ailə qurmalıyam” - Azər Aydəmir

12 Avqust 2026 20:04
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aktyor Azər Aydəmir ailə qurmasından və həyat yoldaşı ilə münasibətindən danışıb.

Milli.Az xəbər verir ki, aktyor uşaqlıqdan tək böyüdüyünü, aktiv həyat sürdüyünü deyib. Onun sözlərinə görə, dostları həyat yoldaşı ilə tanışlığına səbəb olub.

"Sevgi, hörmət öz yerində. Amma anladım ki, o, mənim adamımdır. Anladım ki, onunla ailə qurmalıyam. Deyirlər, qız atasına oxşayan kişiləri, oğlan da anasına bənzəyən qadınları seçir. Onda anama bənzəyən xüsusiyyətlər var idi. Ailəmin yenidən bərpa olunmasını hiss etdirən amillər də vardı" deyə, Azər bildirib.

Aktyor ailə həyatının şəxsi tərəflərini nümayiş etdirməyi sevmədiyini də vurğulayıb:

"Ailəmin görünməsinin tərəfdarı deyiləm. Özləri də bunu istəmirlər". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.