Siyasət

XİN: Serbiyanın vəkili Ermənistana silah göndərilməsindən xəbərsiz olduğunu bildirib

21 İyul 2020 11:52
Baxış: 1 119

Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib:

"O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib ki, bu hadisə Azərbaycanla Serbiya arasında əməkdaşlığa xələl gətirməyəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.