Milli Məclis: Bəzi kütləvi informasiya vasitələri Siyavuş Novruzovun çıxışını təhrif edib
Milli Məclisin 29 iyun tarixli plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edərək Koronovirus (Covid-19) epidemiyası ilə mübarizə barədə fikirlərini bölüşmüşdü.
Təəssüflə bildiririk ki, bəzi kütləvi informasiya vasitələri millət vəkilinin çıxışını təhrif ediblər.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deputat Siyavuş Novruzovun həmin iclasda çıxışının tam mətni təqdim edilir:
"Hörmətli Sədr, hörmətli deputatlar! Nizami müəllim qanunvericilik haqqında çox ətraflı şəkildə qeyd etdi. Doğrudanda, bu, çox ciddi bir məsələdir. Bu, tək qanunvericilikdə hər-hansı bir dəyişiklik deyil. Ümumiyyətlə, bu məsələnin özü milli təhlükəsizlik məsələsidir. Bu, dövlət təhlükəsizliyi məsələsidir, ailə təhlükəsizliyi məsələsidir. Əgər biz hesab edirik ki, hər bir ailə dövlətin əsasını təşkil edir, onda hər bir xəstələnən ailənin, dünyasını dəyişən vətəndaşın dövlətin sütunlarına nə qədər ziyan vurması barədə düşünməliyik.
Kimlərinsə qanunu pozması, kimlərinsə bu məsələyə laqeyd yanaşması, kimlərinsə təkəbbürü nəticəsində insanlar xəstələnir, epidemiyaya yoluxursa, onda biz cərimələri daha da sərtləşdirməliyik. Hesab edirəm ki, tək cərimə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq.
Təsəvvür edin, bəzən görürsən ki, bunu başqa cür qələmə vermək istəyənlər var. Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat, 100 manat cərimə verməsin. Bu, həmin vətəndaşın özünün təhlükəsizliyi, ailəsini qorumaq üçün lazımdır. Onun atasının, anasının, övladlarının təhlükəsizliyi üçündür. Bir məsuliyyətsiz şəxsin bir ailəni xəstələndirməsi digər ailələrə də baha başa gəlir.
Hüquqlar o vaxt məhdudlaşır ki, digərlərinin hüququ pozulur. Hər bir şəxs çalışmalıdır ki, digər şəxsin hüququnu pozmasın. Bu baxımdan, mən hesab edirəm ki, biz cərimələri daha da sərtləşdirməliyik.
Təsəvvür edin, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, təklifi ilə bu gün dünya bir yerə yığışır. Birləşmiş Millətlər Təşkilatı yığışır bu məsələnin müzakirəsinə. Bizim xalq gərək burda nümunə ola. Bizim Prezidentimiz bu cür təşəbbüslə çıxış edib. 130-dan artıq dövlət cənab Prezidentə dəstək verib və BMT-də gündəliyə növbədənkənar belə bir məsələ daxil edilib. Bizim vətəndaşlarımız, hər birimiz gərək elə intizamlı olaq ki, qayda-qanuna riayət edək ki, digər xalqlara bir nümunə göstərək.
Mən hesab edirəm ki, bu məsələ ilə əlaqədar şaiyə yayanların da, başqa-başqa fikir söyləyənlərin də haqqında ciddi ölçü götürməliyik. Kimlər ki, internet resursları vasitəsilə yayır ki, pandemiya yoxdur, bu, yalandır - bunların hamısı təxribat xarakterli fikirlərdir. Bu, insanlarımızı çaşdırmaqdır, onları yolundan çıxarmaqdır.
İctimai yerlərdə, avtobuslarda, metrolarda, avtobus dayanacaqlarında insanlar arasında təxribat xarakterli fikirlər söyləyənlərə - maska taxmayın və yaxud da belə məsələlər yoxdur - deyənlərin qarşısı qəti şəkildə alınmalıdır, cərimələr artırılmalıdır.
Digər bir məsələyə toxunmaq istəyirəm. Belə bir şayiə yayırlar ki, siz narahat olmayın, siz qanunları pozun cənab Prezident, Birinci vitse-prezident sizin əvəzinizə cərimələri ödəyəcək. Mən başa düşürəm ki, cənab Prezident şəhid ailələrinin müavinətini verir, çox düzgün edir. Cənab Prezident zəlzələdən ziyan çəkmiş insanlara ev tikir, şərait yaradır, çox düzgün edir. Qaçqınlarımıza, məcburi köçkünlərimizə, şəhid ailələrimizə, Qarabağ əlillərinə bunları edir, düzgün edir. Böyük ticarət mərkəzlərində əmlakı yananlara dəstək verir, köməklik göstərir. Bu da tamamilə düzgündür. 190 manatdan ibarət ardıcıl şəkildə yardımlar göstərilir, bu da tamamilə düzgündür.
Mən bir şeyi başa düşə bilmirəm. Evin üstündə çıxıb domino oynayanın və yaxud kabab çəkən adamın cəriməsini cənab Prezident yaxud Birinci vitse-prezident niyə verməlidir? Başqa bir misal. Biri avtobusda maska taxmır, özünü elə aparır ki, guya bundan böyük insan yoxdur, onun cəriməsini niyə verməlidir? O, cəriməni zəhmət çəkib özü versin. Ondan sonra o, maskanı elə taxacaq ki, necə lazımdır.
Bu baxımdan, mən hesab edirəm ki, qanun günün tələblərinə cavab verən bir qanundur və hamını bu qanunu dəstəkləməyə çağırıram".
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq KİV və media nümayəndələrindən peşə etikasına uyğun olaraq istənilən məlumatı yayarkən təhrifə yol verməkdən çəkinmələrini xahiş edirik. Əməkdaşlığımızdan məmnunuq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
XƏBƏR LENTİ
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı





