Prezident İlham Əliyev: "Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub"
Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb:
"Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Tərtər rayonunun sosial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir. Bu gün açılacaq yeni yarımstansiya Tərtərin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Baxmayaraq ki, bu günə qədər görülmüş tədbirlər nəticəsində bu sahədə çox böyük irəliləyiş var. Tərtərdə yaşayan insanlar yaxşı bilirlər ki, vaxtilə burada elektrik enerjisi ilə böyük problemlər var idi, fasilələrlə verilirdi, tez-tez kəsilirdi. İndiki dövrdə artıq bu, tarixdə qalır. Düzdür, hərdənbir qəzalar baş verir, ancaq bütövlükdə enerji təminatının dayanıqlığı təmin edilir. Bu gün açılacaq yarımstansiya həm Tərtər rayonu, həm də qonşu rayonlar üçün əlavə imkanlar yaradacaq.
Tərtərdə qazlaşdırma 98 faizə çatır. Təqribən 10 il bundan əvvəl ümumiyyətlə, qazlaşdırmadan söhbət getmirdi. Nəinki kəndlərdə, şəhərdə qaz yox idi. İndi isə əksər kəndlərə qaz xətləri çəkilib və əlbəttə, 98 faiz göstərici bu işlərə xüsusi diqqət yetirildiyini göstərir.
Yol təsərrüfatı tamamilə yenilənir. Bu gün biz yeni yolun açılışını qeyd etdik və təqdimatda o yolun əvvəlki vəziyyəti əks olunmuşdu. Heç asfalt da yox idi, payız-qış aylarında keçilməz torpaq yollar idi. Hazırda Tərtər rayonunda yolların salınması və təmiri ilə bağlı çox böyük işlər görülür. Yolların 80 faizi əsaslı təmir edilib və bir layihə də icra ediləndən sonra 100 faiz olacaq.
Beləliklə, əsas infrastruktur layihələri - elektrik enerjisi, qaz və yollarla bağlı məsələlər öz həllini tapıb. Sosial infrastruktur, gözəl Olimpiya İdman Kompleksi yaradılıb, bir neçə il əvvəl rayon mərkəzi xəstəxanası əsaslı təmir edilib və ən müasir avadanlıq quraşdırılıb. Tərtər şəhərinin su-kanalizasiya layihəsi artıq 4 il bundan əvvəl tamamlanıb və mənim iştirakımla onun açılışını qeyd etmişik. Hazırda içməli su və suvarma layihələrinin icrası davam etdirilir.
Təkcə subartezian quyularının qazılması nəticəsində rayonun su ilə təminatı böyük dərəcədə yaxşılaşıb. Bu günə qədər 72 subartezian quyusu qazılıb. İmzalanacaq yeni sərəncamla əlavə 21 subartezian quyusunun qazılması nəzərdə tutulur. Beləliklə, Tərtər rayonunun suvarma ilə bağlı olan problemləri öz həllini tapacaq və bu, təbii ki, kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir.
Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?





