"Milli Şura" adlı multiplikasiya
Milli.Az Trend-ın yazısını təqdim edir:
"Mili Şura" adlı qurum yarandığı gündən məhvə məhkum olub. Son olaylar isə bu məhvin labüdlüyünü daha da artırdı. Bəllidir ki, bu qurumda, daha doğrusu quramada təmsil olunanlar radikal kəsimdir. Necə deyərlər, hər şeyə tərsməssəf baxanlar, qazançadan tapança, gödəkcədən kötəkcə düzəldənlər...
Sayları çox azdır, olduqca az. Buna görə də adlarındakı "Milli" sözünə nəinki 365 gün, 365 il də yol getsələr, çata bilməzlər. Nə yazıq ki, özləri də bunu bilir, dərk edirlər, lakin şəxsi mənfəət, özəl istək və "gözəl dəstək" (xarici havadarlar nəzərdə tutulur) imkan vermir ki, tutduqları səhv yoldan əl çəksinlər, məğlub doğulduqlarını etiraf etsinlər. Amma bu radikallar artıq içdən çürüyən meyvə kimidirlər. Ağacdan, onun hansısa budağından asılı qalıblar. Bir anlığa çürük, pırsımış bir meyvənin qırılaraq ağacdan yerə necə dəydiyini düşünün! Bax, bu şura da hazırda o durumdadır.
Məlum video-multiplikasiyadan sonra içlərini başqa bir dərd götürüb. Özü də onları bu dərdə quramanın Fransadakı fırığı Qənimət Zahid salıb. Deyib ki, ayıq olun, Azərbaycanda bir qrup müxalif şəxs yeni təşkilat yaradır, siz hara baxırsız?!
Sonra əlavə edib ki, bununla bağlı "WhatsApp" qrupu yaradılıb və orada müzakirələr gedir.
Quramaların qənimətlə (Sözün digər mənasında) söhbətindən məlum olur ki, "Milli Şura"çılar yeni təşkilatın yaranmasından narahat olublar. Yəni hesab edirlər ki, yeni qurum bu şuranın zəifləməsi fonunda yaranmaqla boşluqdan istifadə etməyə çalışır.
Bu arada "boşluq" sözü quramanın qurmanı Gültəkin Hacıbəylini aqressivləşdirib və o, bu addımı "fürsətçilik" adlandırıb. Deyib ki, "onların məqsədi Əli Kərimli ilə bir masa arxasında oturmaqdır. Həmin adamlar səmimi olsaydılar, gəlib Milli Şuraya qoşulardılar. Əli bəyin yoxluğunu doldurmaq üçün Milli Şuraya gəlmək lazımdır, başqa bir göbələk təşkilat yaratmağa ehtiyac yoxdur".
Göbələk təşkilat ha... Eynən "Milli Şura"ya şamil ediləcək bir ifadə! Düşünüb tapıb, əhsən!
Digər maraqlı məqam isə odur ki, bu məsələ barədə Q.Zahidə həmin qrupda təmsil olunan sabiq səfir Arif Məmmədov məlumat çatdırıb. Buna görə də Qənimət Zahid hesab edir ki, Arif Məmmədov onun həmin qrupdakı agentidir: "Arif Məmmədov mənə dünən axşam dedi ki, istəyirəm həmin oradan çıxam, mən isə dedim ki, bəy, hələ qalmağın məsləhətdir, qal görək söhbət nələrdən gedəcək".
Bir əhsən də buna düşür, niyə də düşməsin? Filmlərdə gördüyü səhnələri real həyatda yaşamaq istəyir, lap özünü Casus filminin qəhrəmanı kimi hiss edir.
Və beləliklə, daha bir video-multiplikasiyanın sonu...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər





