Siyasət

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

15 May 2020 15:02
Baxış: 681

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan öz dövlətçiliyinin möhkəmləndirilməsində, xalqının rifahının yaxşılaşdırılmasında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm tərəqqiyə nail olub. Bununla əlaqədar olaraq, ölkənizə daim inkişaf etməyi və Sizin rəhbərliyinizlə yüksək nailiyyətlərə çatmağı arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycanın ənənəvi dostluq və həmrəylik üzərində qurulan strateji münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.