Siyasət

Hikmət Hacıyev: Ermənistan həmişə girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılması məsələsindən qaçır

13 May 2020 17:56
0 Şərh     Baxış: 737

Azərbaycan hər zaman girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılması prinsipinə sadiqdir, lakin Ermənistan tərəfi həmişə bu məsələdən qaçır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, koronavirus pandemiyası dövründə də beynəlxalq təşkilatlar girovların qarşılıqlı qaytarılmasının vacibliyini vurğulayırlar: "Hesab edirik ki, koronavirus pandemiyası dövründə əsir və girovların dəyişdirilməsi həyata keçirilməldir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir və bundan boyun qaçırır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.