Siyasət

Azərbaycanın yardım etdiyi ölkələrin SİYAHISI - Prezidentin köməkçisi AÇIQLADI

13 May 2020 17:22
Baxış: 2 337

"Azərbaycan Respublikasının siyasətində, o cümlədən xarici siyasətində də humanitar diplomatiya vacib məqamlardan biridir. Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına ilkin tranşda müəyyən bir maliyyə vəsaiti ayırdı və bu da ÜST tərəfindən qlobal miqyasda COVİD-19-a qarşı mübarizədə həyata keçirilən tədbirlərə həsr olunacaqdır. İkinci əsasda isə dövlətmizin başçısı tərəfindən Qoşulmama Hərəkatının zirvə toplantısında bəyan edildiyi ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin - Latın Amerikası, Afrika və Asiya regionlarından olan üzvlərə bilavasitə şamil edilir ki, ÜST tərəfindən həmin ölkələrdə olan və əziyyət çəkən COVİD-ə qarşı olan tədbirlərə bu vəsait ÜST vasitəsi ilə sərf olunacaq".

Milli.Az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində deyib.

Şöbə müdiri Azərbaycanın yardım etdiyi ölkələrin siyahısını da açıqlayıb:

"Bu dövrdə Azərbaycan Respublikasından Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Hersoqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Tacikistana, Moldovaya, Serbiyaya humanitar yardımlar edildi. Bu humanitar yardımlar həm tibbi ləvazimatlar formasında, həm də maliyyə şəklində həyata keçirilib".

Hikmət Hacıyev Serbiyaya da eyni yardımın edilməsi üçün hazırlıqlar görüldüyünü, fələstinli qaçqınlara da yaxın vaxtlarda maliyyə formasında yardım verilməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib.

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.