Siyasət

Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə aparılır

13 May 2020 17:11
Baxış: 772

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüskək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan milli səviyyədə naliyyətlərin davamı olaraq, beynəlxalq səviyyədə də görülən tədbirləri dəstəkləyir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi. Bütün bunlar Azərbaycanın qlobal əməkdaşlığa verdiyi mühüm töhfədir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində də tədbirlər davam etdirilir.

O bildirib ki, "Evə gedirəm" portalı çırçivəsində 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

H.Hacıyev əlavə edib ki, 18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. Onun sözlərinə görə, MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək. Ümumilikdə indiyə qədər 20 minə yaxın xaricdə olan vətəndaş ölkəyə gətirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.