Siyasət

Yalan informasiya yaymağa görə məsuliyyətin ağırlaşdırılması təklif edilir

8 May 2020 12:54
0 Şərh     Baxış: 926

Yalan informasiya yaymağa görə məsuliyyətin ağırlaşdırılması təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, radikal müxalifət koronavirusdan istifadə edərək yalan məlumatlar yaymaqla cəmiyyəti çaşdırmağa çalışır:

"Hesab edirəm ki, buna qarşı tədbirlər görülməlidir. İnformasiya dəqiq deyilsə, xalqı çaşdırmağa xidmət edirsə, dövlət əleyhinə yönəlirsə, qərəzlidirsə, bununla bağlı ciddi addımlar atılmalıdır".

S.Novruzov Cəmil Həsənlinin sosial şəbəkədə yazdığı statusa da toxunub:

"Özünü alim adlandıran Cəmil Həsənli xaricdə oturub Milli Təhlükəsizlik Nazirliyinin 1994-cü ildən sonrakı arxivlərinin açılmasını istəyir. Bundan əvvəl isə 1992-1993-cü ildəki arxivlərin açılmasını istəyirdi. Ancaq indi biliblər ki, 1992-1993-cü illərin arxivləri açılsa oradan öz adları çıxacaq. Onlara bu məlumatı xaricdən veriblər ki, sizin adınız orada var. Buradan bir daha aydın olur ki, onlar xarici qüvvələrə işləyirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.