Siyasət

Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır

30 Mart 2020 17:43
Baxış: 1 091

Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olaraq keçiriləcək "seçkilər" hüquqi baxımdan tanınmayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib.

Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının 14 mart 2008-ci il tarixli "Ermənilərin işğal altında olan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın vəziyyətinə düşən azərbaycanlıların yurdlarına qayıtması" barədə qərarına baxmayaraq, işğalı davam etdirir və heç bir sanksiya tətbiq olunmamasından cəsarət alır. Ermənistan bu məsuliyyətsizliyini daha da gücləndirərək qondarma "seçkilər" vasitəsilə işğal faktını qanuniləşdirməyə çalışır:

"Bu addım BMT-nin qərarlarına və ATƏT-in müddəaları ilə yanaşı, beynəlxalq hüquq normalarına da ziddir və eyni zamanda, ATƏT-in Minsk qrupunun həll yolunun tapılması cəhdlərini baltalayır. Ölkəmiz bu qondarma "seçkilər"i qəti şəkildə tanımamaqdadır. BMT və ATƏT-in Minsk qrupu da bu "seçkilər"i tanımamaqla yanaşı, Ermənistan hökumətini sərt şəkildə pisləməli, bu cür addımların qarşısını alacaq addımlar atmalıdır".

Müşavir əlavə edib ki, Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.