Siyasət

Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

30 Mart 2020 12:11
Baxış: 1 171

Milli Məclsin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bir sıra deputatların iclasda maska taxmasını məqsədəuyğun hesab etməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputat bildirib ki, maska əsasən xəstələnmiş insan tərəfindən taxılmalıdır. O qeyd edib ki, parlamentdə xəstə insan olmadığına görə maska taxmağa gərək yoxdur.

Spiker Sahibə Qafarova isə bildirib ki, maska taxmaq məcburi deyil.

Milli Məclisin Sədri vurğulayıb ki, deputatların tibbi maskalardan istifadə etməsi üçün parlamentdə iclas zalının girişində stolun üstünə tibbi maskalar qoyulub və kim istəsə, bu maskalardan istifadə edə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.