Siyasət

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb

28 Mart 2020 13:19
Baxış: 3 621

COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.

Son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.a

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.