Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".
Milli.Az