Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

24 Mart 2020 18:27

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik məktubu göndərib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".

Milli.Az