Siyasət

İran yardıma görə Azərbaycana təşəkkür edib

14 Mart 2020 17:07
Baxış: 1 459

İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Musəvi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə ölkəsinə göstərdikləri yardıma görə təşəkkür edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Abbas Musəvi özünün "Twitter" səhifəsində İran xalqının və dövlətinin onun ağır günlərdə yanında olan dostlarını heç vaxt unutmayacağını yazıb.

Onun sözlərinə görə, İran Azərbaycan, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.

Xatırladaq ki, martın 7-də Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.