Siyasət

Trend BİA əməkdaşları Milli Məclisin komitələrinə üzv seçiliblər

13 Mart 2020 14:55
Baxış: 1 209

Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yığıncaqda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Əmək və sosial siyasət komitələrinin üzvlüyünə namizədliyi irəli sürülənlər arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlüyünə namizədlər arasında isə Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın adları olub.

Hər dörd təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.