Siyasət

Bu gün onlar rəsmən deputat sayılacaq

5 Mart 2020 08:21
Baxış: 2 868

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iclas saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Qeydə alınan pozuntulara görə isə 4 dairə ləğv olunub. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun öndə olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin birinci olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin ilk sırada olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.