Siyasət

Puls News Mexico: Azərbaycanlı seçicilər parlament seçkilərində yüksək fəallıq göstəriblər

12 Fevral 2020 08:52
0 Şərh     Baxış: 878

Soyuq hava Azərbaycan seçicilərinə 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində yüksək fəallıq göstərməsinə mane olmadı.

Milli.Az bildirir ki, bu fikirlər Meksikanın ən çox oxunan ingilisdilli mediası olan "Puls News Mexico" qəzetində dərc olunmuş məqalədə yer alıb.

Parlament seçkilərinin yekunlarını şərh edən müəllif, seçkilərin dünyanın 58 ölkəsindən olan 883, habelə 77 790 yerli müşahidəçi və onlayn izləyicilər tərəfindən izləndiyini, seçici fəallığının yüksək həddə çatdığını qeyd edir.

Məqalədə seçkilərin 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilmiş seçkilərdə ümumilikdə səsvermə hüququ olan vətəndaşların altmış faizinin iştirak etdiyi bildirilir.

Həmçinin Mərkəzi Seçki Komissiyasının məlumatına istinad edilərək, parlament seçkilərində 1314 deputatlığa namizədin mübarizə apardığı və ölkənin hakim siyasi partiyası olan Yeni Azərbaycan Partiyasından olan namizədlərin yüksək səs topladığı deyilir.

Seçkilərdə heç bir qanun pozuntusunun qeydə alınmadığı vurğulanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.