Siyasət

Cənub bölgəsinin seçiciləri Milli Məclisə seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

9 Fevral 2020 10:44
Baxış: 644

Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrindəki vəziyyət buna bir daha sübutdur.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.

Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.