Siyasət

Bir sıra ölkələrin MSK sədrlərinə və nümayəndələrinə Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumat verilib

8 Fevral 2020 18:39
Baxış: 823

Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının sədrləri və nümayəndələri ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Məzahir Pənahov seçkilərə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. O, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Bildirib ki, seçkilər yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Min məntəqədə veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 132 beynəlxalq KİV işıqlandıracaq.

Qonaqlar müşahidələrinin seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığını deməyə əsas verdiyini bildiriblər. Onlar məntəqələrdə yaradılan şəraitlə tanış olduqlarını, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.

Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.