Müsavat Partiyasından MSK-ya pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciətdə qeyd edilib ki, 64 dairədən namizədləri qeydə alınıb, ancaq bizə pulsuz efir vaxtı verilmir: "Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, kay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə MSK ona uyğun addım atır. Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz. Nə qədər şərait yaradırsan bir o qədər çalışırlar nəsə tapsınlar ki, tənqid etsinlər. Bu cür mübarizə olmaz. Onlar nəsə nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər. Onlara deyirəm, vaxt itirməyin".
Milli.Az