Siyasət

Məzahir Pənahov: "Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik"

23 Yanvar 2020 17:49
Baxış: 1 041

"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində namizədlərə sosial şəbəkələrlə bağlı dəfələrlə müraciət etmişik".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.pənahov bildirib ki, namizədlər sosial şəbəkələrdə təşviqat zamanı Seçki məcəlləsinin tələbinə uyğun hərkət etməlidir: "Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.