Siyasət

Sergey Slobodçuk: "Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır"

23 Yanvar 2020 14:57
Baxış: 640

Azərbaycan Cənubi Qafqazda aparıcı neft-qaz tədarükçüsüdür, ona görə də perspektiv baxımından Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ukraynalı politoloq Sergey Slobodçuk deyib.

Onun sözlərinə əsasən, Davos forumu ilk növbədə onunla maraqlıdır ki, burada Azərbaycanın Trans-Adriatik qaz boru kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya qaz nəqlində iştirakı sayəsində enerji bazarında yeni statusunu bəyan etmək olar:

"Biz Azərbaycanın adının hallandığı mərkəzi mövzunun "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükünün olduğunu görürük. Azərbaycan Prezidenti vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" ilə qaz 2020-ci ilin ortalarında nəql olunacaq. Biz bilirik ki, TANAP Avropanın qaz-nəqliyyat sisteminə 2019-cu ildə noyabrın sonunda qoşulub. TAP-ın işə salınması isə 2020-ci ildə planlaşdırılır".

Politoloqun sözlərinə görə, Rusiya "Cənub Qaz Dəhlizi"ndə maraqlı ola bilər, bu layihə "Qazprom"un qaz nəqli üçün də cəlbedici ola bilər:

"Bir sözlə, Davos Azərbaycan üçün Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Rusiyanın maraqlarını birləşdirmək üçün məkandır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.