Siyasət

"Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqli cəzasını almalıdır" - Politoloq

20 Yanvar 2020 12:20
53 Şərh     Baxış: 3 301

Heç şübhəsiz ki, qanlı 20 Yanvar hadisəsi faciə olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bundan əlavə, 1990-cı ilin 20 Yanvar hadisəsi xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu faciə nəticəsində Azərbaycan xalqı bir yumruq kimi birləşməyə müvəffəq oldu: "Bu, eyni zamanda milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Məhz 20 Yanvar hadisəsindən sonra biz özümüzü millət olaraq tanıdıq və dərk etdik. Bəs, 20 yanvar hadisəsinə gətirib çıxaran səbəblər və məqsəd nədən ibarət idi? Məqsəd heç şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaqdan ibarət idi.

SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən, qəddar münasibəti olduqca ağır nəticələndi. Qorbaçov tərəfindən Azərbaycana rəhbər göndərilən Ə.Vəzirovun amansız, milli-mənəvi hislərdən və dəyərlərdən çox uzaq olmasının nəticəsi idi ki, elə məhz onun dövründə Moskvanın "səyi" nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşirdi. Məhz bu qəddar siyasətin nəticəsi idi ki, anti-Azərbaycan siyasət həyata keçirilirdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rəsmi Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qırğın törətdi".

Politoloq təəssüflə bildirib ki, bu günə qədər M.S.Qorbaçov bu cinayəti törətdiyinə görə heç bir cəza almayıb: "Dinc əhaliyə qarşı belə bir qanlı faciə törədən Qorbaçov hətta Nobel mükafatı alaraq özünə daha rahat həyat qurdu. Hesab edirəm ki, hələ də gec deyil, Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqili cəzasını almalıdır".

Ş.Həsənova vurğulayıb ki, bütün bu reallıqlar fonunda 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Belə ki, dərhal yanvarın 21-də Heydər Əliyev xalqla həmrəy olduğunu, xalqın dərdinə şərik çıxdığını bildirdi və dövrün siyasi çətinliklərinə baxmayaraq, bu qətliama etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını açıq şəkildə bəyan etdi.

Heydər Əliyevin qorxmadan, çəkinmədən M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, SSRİ-nin Vilnüs, Riqa, Tbilisi kimi digər şəhərlərində də coşqu ilə qarşılandı, SSRİ zülmətinə qərq olan digər xalqların nümayəndələri üçün də bir məşəl rolunu oynadı".

Bundan sonra 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin təşəbbüsü ilə elə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Belə bir tarixi çətinliklər fonunda, Sovet İmperiyasının hələ tam süqut etmədiyi zamanda Heydər Əliyevin bu cür qətiyyətli mövqe nümayiş etdirməsi onun ümummilli maraqlara nə qədər önəm verdiyini, xalqın ağrı-acısına həssas yanaşdığını bir daha sübut etmiş oldu".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Milli.Az

Şərh yaz:

53 Şərh:

  • Anonim
    Ağsaqqal · 20 Yanvar 12:3460

    Qabaçov canidir ,qatildir ,qaniçəndir və s bəs rus xalqı o vaxtı niyə yatmışdı ,mənimçün maraqlıdır ?Sonradan ayılıb MDB ,nə bilim nələr düzəltdilər ,Qarbaçovun imperiyanı açıq -aşikar dağıtdığını görmürdülər ?

    Cavab yaz
    • Anonim
      Mahir · 20 Yanvar 12:5170

      Sen imperiyanin derdindesen? Camaat sehidlerden danisir, sen imperiyadan danisirsan. Sovet imperiyasi olkemize ne verdiki? Muharibe ve qirginlardan basqa. Sonra da, utanmaz-utanmaz medallarnan camaatin basini aldatdilar. Sovet dovrunde 350000 nefer azerbaycanli oldurulub. Bundan hec danisan yoxdur. Hec Stalinden de, danisan yoxdur.

      Cavab yaz
    • Anonim
      . · 20 Yanvar 17:2722

      Paaay atonnan

      Cavab yaz
  • Anonim
    Əlı · 20 Yanvar 12:46190

    Bir 30 il de gözləyin sonra deyırsiz.

    Cavab yaz
  • Anonim
    Elza · 20 Yanvar 12:52110

    Qorbaçov qocalıb öləcək 30 ildi siz cani axtarlrslnlz sən Allah heç olmasa müsahibə verib özünüzü güldürməyin

    Cavab yaz
  • Anonim
    Əsranur · 20 Yanvar 12:52100

    Yaxşı fikirdir.Bordaçok uje o dünya ilə bu dünya arasında şpaqatdadır.Görün neynərsüz.İnanmıram 30 il yoxe,3 il bundan sonra yaşaya.Momentdi,heç olmazsa,vvhatsappına söyüş də olsa yazın.

    Cavab yaz
  • Anonim
    Rəssam · 20 Yanvar 12:5690

    Allah Vətənimizin bütün düşmənlərinə lənət eləsin, amin. Səni çürüyə-çürüyə öləsən, xallı çaqqal.

    Cavab yaz
  • Anonim
    Sevda.R · 20 Yanvar 12:58110

    Hər il eyni şeyləri eşidirik

    Cavab yaz
  • Anonim
    asi · 20 Yanvar 13:051113

    Burdan bura körpə uşağın qatilin tapıb cinayət işi aça bilmirlər, indi durub o boyda rusiyanın bu boyda bardaçokuna kim cinayət işi açacaq, kim məsuliyyətə cəlb edəcək, çox maraqlıdı.. Bunun hakimi də, müstəntiqi də olsa olsa indən belə əzrail olar ancaq.. Onda da heç bur məna kəsb etməyəcək.. Çünki, onsuzda hamı bur gün öləsidi, hələki qocalıb qoca çaqqala dönüb əcəlinlə öləsən, əməllərinin cəzasını çəkmədən, qarbaçov kimi məsələn..

    Cavab yaz
    • Anonim
      Əsranur · 20 Yanvar 13:16511

      Asi,uşağın qatil işinə uje Zirəddin baxır.O tapacaq.Gəl bunu fikirləşək görək neynəmək olar.

      Cavab yaz
      • Anonim
        asi · 20 Yanvar 13:40113

        O şoubiznesi yaxşı görür.. İnanmıram belə ciddi işdə hamı gördüyün görə bilə.. Yenə də son ümid yerimiz kimi ümidimizi üzməyək..

        Cavab yaz
      • Anonim
        asi · 20 Yanvar 13:42513

        Buna da ən ağır cəza verməliyik. Məsələn feysbukda səhifəsi filan varsa, bomba şəkli göndərmək lazımdl..

        Cavab yaz
        • Anonim
          Əsranur · 20 Yanvar 13:54412

          Vəssalam.Bordaçok getdi əlli-ayağlı o bomba şəkliylə.Yenə də yüngülvari cəza düşündüm ki vvhatsapp nömrəsinə söyüş göndərək,sən lap evini yıxdınki.Qorbaçovun evi yıxıldııııı..

          Cavab yaz
  • Anonim
    F.S.D. · 20 Yanvar 13:28140

    Politoloq xanım Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsi və layiqli cəzasını aıması üçün hələ tez deyil???((( nə olub ki 30 il nə müddətdirki??(( insanların həyatını məhv edənlər hamınız lənətə gələsiniz

    Cavab yaz
  • Anonim
    Zaur · 20 Yanvar 13:56160

    Ay xanımlar, qurban olaram sizə, barı bu mövzunu lağ-lağıya çevirməyin də.

    Cavab yaz
    • Anonim
      Əsranur · 20 Yanvar 14:03615

      Allah eləməsin,Zaur bəy.Lağ-lağı niyə olurki?Siz də bir variant yazın görəkki,30 ildən sonra bu əclafa neynəmək olar.

      Cavab yaz
    • Anonim
      (((((! ((( · 20 Yanvar 14:42175

      Cox vejlerinedi guya?

      Cavab yaz
      • Anonim
        Əsranur · 20 Yanvar 15:25416

        Sənə sümük atan olmadı.

        Cavab yaz
        • Anonim
          (((((! ((( · 20 Yanvar 15:48162

          It ozunsen

          Cavab yaz
          • Anonim
            asi · 20 Yanvar 16:33113

            Sümüyü blyona da atırlar, sən niyə məhz iti üzərinə götürdün??

            Cavab yaz
            • Anonim
              (((((! ((( · 20 Yanvar 17:17130

              Bes sen niye ortaliqa duwursen, a axwamdan yuyulmamlw qalan comce?

            • Anonim
              ƏSİ. · 20 Yanvar 19:55012

              Çömçə 14:42 dəkidi mənim gördüyüm qədərilə.Birinci özünü ortalığa atıb canfəşanlıq edən.Sadə gerçək.Arada nikini də yaz,qorxma.

            • Anonim
              Zaur · 20 Yanvar 19:5941

              Üzr istəyirəm, qələt eləyib şərh yazdım. Siz necə adamlarsız, ilahi?

            • Anonim
              Əsranur · 20 Yanvar 20:29111

              Əsi,deyirsən hünəri çatar əvvəlki nikini yazmağa?Hamıya sataşmağından məlumdur da kimdir:))

          • Anonim
            Əsranur · 20 Yanvar 19:3509

            Malades.Uje güzgüyə baxmağı öyrəndin.

            Cavab yaz
      • Anonim
        Əsranur · 20 Yanvar 15:28116

        Sən xəttdə qal.

        Cavab yaz
    • Anonim
      asi · 20 Yanvar 15:31316

      Zaur bəy bağışlayın, amma mən sizi başa düşə bilmədim..Siz lağ-lağı ilə kinayəni aylrd edə bilmursiniz?? Yəni həqiqətən məqalədəki iddianı cidiyyə aldınız??

      Cavab yaz
      • Anonim
        Əsranur · 20 Yanvar 15:47115

        Asi,Zaur bəy sənə tanış gəlmir?:)

        Cavab yaz
      • Anonim
        Zaur · 20 Yanvar 17:23120

        Cahille danismaq gucdur bilene,cunku cahil ne gelirse soyler diline.

        Cavab yaz
        • Anonim
          Əsranur · 20 Yanvar 19:41013

          Da eto je Puşkin:)

          Cavab yaz
          • Anonim
            Əsranura · 20 Yanvar 22:1072

            Da ladno,ne vri !

            Cavab yaz
        • Anonim
          ƏSİ. · 20 Yanvar 19:53312

          Asi,Əsranur sizə qatılıram.Sizə cahil deyən adicə istehzanı anlamırsa öz kimliyini sorğulasın məncə....Kinayəni lağ-lağı deyə yozana nə deyirlər,onu da deyin tam olsun çox hörmətli Zaur.Onlar cahildirsə,siz nəsiniz??Hansı filin qulağında yatmısınız ki şərhlərində yazdıqları adi həqiqətləri anlamırsınız,görmürsünüz??

          Cavab yaz
          • Anonim
            asi · 20 Yanvar 21:20010

            Əsi, başa düşən düşür, bəzən isə özünü başa düşməməzliyə vurur..Valla dəqiq bilirəm ki, lağ lağa etmirdik, elə konkret kiyanədi..Kimin gözünə lağ kimi görsənibsə, onun öz cahilliyinin problemidi, gedib problemini həll etsin..

            Cavab yaz
            • Anonim
              Fariz · 20 Yanvar 23:02110

              Kinayənin,lağ edilmənin nə yeridir,nə də zamanı. Ayıbdır. Bu qədər də olmaz.

            • Anonim
              Əsranur · 20 Yanvar 23:25010

              Bahoo,Asi,saytda Bordaçokun qohum əqrəbası da var imişki.

            • Anonim
              asi · 20 Yanvar 23:5208

              23.02, ayıbdırsa, onda ayıb söhbətlərə qarışmayın, reputatsiyanızı qoruyun..

            • Anonim
              Fariz · 21 Yanvar 00:26100

              Matəm anlayacaq yaşdasınız, amma başda deyilsiz. Heyif,xanım adından. Gülüş işarəsi qoyub,zarafat etməyi sabaha saxlaya bilməyən zehniyyətinizə.....

          • Anonim
            Farizə · 21 Yanvar 09:2860

            Həmişəki amplualarinda.

            Cavab yaz
            • Anonim
              Əsranur · 21 Yanvar 13:5114

              Öz-özünə dəstək kampaniyası:)))

            • Anonim
              Əsranur · 21 Yanvar 21:5011

              Bilmirəm Farizsən kimsən,get işinin dalıyca.Yoxbir,sən dünən qara geyinib,göy sarımısan,ağlamaqdan gözlərin şişib,əlin bir işə qalxmayıb,bütün günü bir-bir ,o adını soruşsam bilmədiklərin şəhidlərin adını çəkib,üz-gözünü cırıb tökmüsən.Ətimi tökmə sənallah.Özün də yazmısanki sabaha saxlaya bilmirlər lağ-lağını.Görürsənmi,sən də faciəni ancaq 1 gün göstəriş xətrinə yaşayanlardansan.Həm,biz Qorbaçovu lağlağı etmişik,səni yandıran nədir?Mən Puşkin söhbətinə gülüş işarəsi qoymuşam.Olmaya Puşkinin qahımlarındansan?Voobşe,sənə nə,ay kişisənsə guyaaa,arvad söhbətinə qarışan əcinnə??Bir kişi işi tapmırsanki gəlib camaatın yazdığını oxuyursan??Voobşe,dünənki gün sənin nə işin vardı saytda?Sən Xiyabanda olmalıydın,ordan yorğun gəlib,başını atıb yatmalıydın.Sən axı canıyananlar dəstəsindəsən.

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Yanvar 14:5790

    Layiqli ceza yeqin ki, Cehennemin isti bucaqi olacağ..Onun cezasin bizlere gormek Qurdla qiyamete qaldi. İnnen bele yeqin ki, ölüm xeberin esiderik buralardan.

    Cavab yaz
  • Anonim
    Alimardan · 20 Yanvar 15:1870

    yaxsi balam,mende bilirem Qorbaçov eclafdir, ermeniperestdir. indi meseleye basga tərəfdən yanasag( iran tərəfdən yox, Türkiyə tərəfdən də yox, goy olsun Almaniya terefden) , bir yandan deyirikki SSRInin dagilmadinda en boyuk tekan 20yanvar olub. SSRInin dağılması mustegilliyimize yol acib. nəticəni(mustegilliyi) sevirikse, bes ona aparan səbəbi(20yanvari) niye beyenmirik, srbebkari(Gorbacovu) niye soyuruk.

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 20 Yanvar 15:4800

      Hə də. Əslində Qorbaçova təşəkkür düşür, Soveti dağıdıb deyə.

      Cavab yaz
    • Anonim
      Əsranur · 20 Yanvar 15:5305

      Bu,artıq döndü dinimiz eyni olan ərəb mədəniyyətinə qarşı döyüşmüş Babəki qəhrəman bilməyimiz söhbətinə.Açığı,sual lap yerində verilib.Like.

      Cavab yaz
    • Anonim
      asi · 20 Yanvar 15:5709

      Alimərdan bəy, siz bir dəfə də təxmini belə bir şərh yazmışdınız.. Mətni tam xatırlamıram, məzmun belə idi ki, Türkmənçay müqaviləsi olmasaydı, indi bizim Azərbaycan müstəqil dövləti olmazdı, müqaviləni pisləməyi qınamışdınız.. Mənə maraqlıdır, tarixə fərqli yanaşma sizin prinsipinizdir, ya həqiqətən inanıb qəbul etdiyiniz versiyadı??..Sovet onsuzda dağılmaq ərəfəsindəydi, oxuduğum qədəriylədə qarbaçov da bu məqsədə xidmət edib.. Belə idisə, onda niyə özü başladığı prosesi dayandırmaq üçün gecə ikən yüzlərlə insanı qırdı?? Mən isə, 20 Yanvarın ssrinin dağılmasında təkan kimi görmürəm..5 il milyonlarla insanı tələf edib ərazilər viran qoyan ittifaq dağılmır, amma bir gecənin hadisəsi onun dağılmağına təkan verir..

      Cavab yaz
      • Anonim
        Alimardan · 20 Yanvar 17:5050

        duzdur fergli yanasiram, daha doğrusu, calisiram meselelere bir nece terefden baxam ve analiz edəm. oki galdi bir gecenin hadisesine, gəl tekan sozunu rusca tolcok sozu ile evez eliyek. yelləncəkdə oldugu kimi, her defe ayaginla tolcok verende daha hundure galxirsan. SSRInin dagilmasida bele hadiselerin hesabina sürətləndi. dagilma plani ise xaricde hazilanmis boyuk bir proses idi. 20yanvarda onun suretlenmesinde coxlu katalizatorlardan biri oldu. 20yanvar faciesinin toredilmesinde Gorbacovdan cox ermeniler gunahkardir. hadiseler silsilə seklinde bas verib. Topxana mesesinnen tutmus, azerbaycanlilarin Ermenistennan tam cixarilmasina geder.

        Cavab yaz
        • Anonim
          asi · 20 Yanvar 18:4209

          Sağ olun, indi daha aydın oldu..Sadəcə olaraq 20 Yanvara görə dağılmasını qəbul etmirdim, çünki, 20 Yanvardan 20 dəfə də törətsəydilər, tək bizim faciə əsasında böyük bir imperiya dağıla bilməzdi..Buna əhəmiyyət verən olmazdl, həm ssri həm də dünya səviyyəsində.. İşlərinə yarayanda isə, niyə də olmasın.. Qalanını artıq qeyd etmisiniz.. İndiki dövlətlər də elə köhnə ssenari ilə dağıdılır, amma bir az təkminləşdirilib..

          Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 20 Yanvar 16:1740

      SSRİni Qorbaçov tək dağitmadi, Yeltsinin də rolu oldu. Həm də 20 yanvar da səbəb olmadı tək, 20 yanvardan qabaq Alma Ata, Tbilisi, Tallin hadisələri də olmuşdu. Hamısı da Qorbaçovun əl əməyi idi. Məqsəd isə SSRİnin bünövrəsinə dinamit yerləşdirmək idi

      Cavab yaz
  • Anonim
    Roya · 20 Yanvar 16:1220

    Qarbaçov ve onun kimilere en yaxşı ceza ermeni işğalında ve başqa esaret altında olan torpaqlarımızı işğaldan qurtararaq güclü,bütöv Azerbaycanın olmasıdır.

    Cavab yaz
  • Anonim
    * · 20 Yanvar 16:1840

    qorbaçovun cəzasını Allah veribki bir belə günahsız insanın qanı var əlində.Ölüm haqqdır.Şəhidlər hər zaman qürurla anılacaq.Onlar sıradan bir ölü deyillər.Şəhidlər ölməzdir.Azərbaycanın şərəfidirlər

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 20 Yanvar 18:0324

    Qorbaçova və yandaşlarına.Görəsən buna hünərləri çatar??Məncə yox,çünki arxasından çox sirr çıxacaq.

    Cavab yaz
  • Anonim
    Samire · 20 Yanvar 19:0710

    Bir verlishe baxmishdim o vaxtlari. Qorbacov haqqinda bir rus siyasetcisi deyirdi ki, o Stavropol vilayetini birinci katibi ishleyende, ona o qeder konvertde rushvet verirdiler ki, adina Mishka kanertik deyirdiler. Qorbacov az qala 100 e haklayir, hele de ona cinayet ishi acmaq isteyirler.

    Cavab yaz
  • Anonim
    Habil · 20 Yanvar 19:1410

    Bəli , Qorbaçov layiq deyildi o posta. Mixailə Krasnodarda mal -heyvan otarmaq,taxıl əkmək daha yaxşı yaraşardı .O çox yaxşı kolxoz sədri ,briqadir, manqa başçısı ola bilərdi .Mən təəccüb edirəm ki, belə bir adam necə vəzifədə yüksələ bilib .Politbüro hara baxıb və güc strukturlarının rəhbərləri nə qədər araq içiblər ki belə birisini elə bir yüksək posta layiq görülmüşlər .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.