“The Jerusalem Post”: “Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet silahlı qüvvələrinin bölmələri Bakı şəhərinə və Azərbaycanın digər regionlarına yeridildi. Dinc əhaliyə amansızcasına divan tutulması nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.
Trend-in məlumatına görə, bu fikirlər İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun İsraildə çıxan ingilisdilli nüfuzlu "The Jerusalem Post" qəzetində nəşr edilmiş "Qara Yanvar" Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu" sərlövhəli məqaləsində yer alıb.
Müəllif yazıda vurğulayır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunları Bakının küçələrini işğal edərək dinc sakinləri kütləvi şəkildə qırmasını azərbaycanlılar "Qara Yanvar" adlandırıblar.
Müəllif qeyd edir ki, əsgərlər insanları yaxın məsafədən güllələyir, tankları və zirehli transportyorları qəsdən minik maşınlarının üstünə sürür, həmin maşınlardakı dinc vətəndaşları öldürür, xəstəxanalara atəş açır, tibbi-sanitar heyətin yaralılara kömək göstərməsinə mane olurdu.
"Qoşunların şəxsi heyəti yaralıları süngü-bıçaqlarla ölüm həddinə çatdırırdı. 5,45 millimetr kalibrli Kalaşnikov avtomatında ağırlıq mərkəzi dəyişdirilmiş güllələrdən istifadə edilməsi insanları sadəcə sıradan çıxarmaqla kifayətlənmədən onların əzab-əziyyətini qat-qat artırır, bu halda ölüm labüd olur.
Yanvarın 20-sində səhər Bakıda dəhşətli mənzərə yaranmışdı: bir vaxtlar gözəl şəhərin küçə və meydanları qana boyanmış, insan cəsədləri maşınlar tankların tırtılları altında əzilmiş, evlər gülləbaran edilmişdi. O dəhşətli gecədə Azərbaycanın, xüsusən Bakının dinc sakinləri şok yaşadılar.
Arye Qut yazıda bildirir ki, çoxsaylı şahid ifadələrindən göründüyü kimi hərbçilər eybəcər hala salınmış hərbi texnika ilə əzilmiş cəsədləri və ayrı-ayrı bədən hissələrini hadisə yerindən aparır, beləliklə törədilmiş əməllərin izlərini itirməyə çalışırdılar.
Yanvar faciəsinin kökləri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündə idi. 1988-1990-cı illərdə baş vermiş hadisələrin açıq-aydın göstərdi ki, Ermənistan Mərkəzdəki sovet hökumətinin tam dəstəyinə güvənərək qonşu respublikanın ərazisinin bir hissəsini ilhaq etmək niyyətində idi. 1990-cı ilin yanvarında sovet silahlı qüvvələri tərəfindən Bakıda həyata keçirilmiş cəza tədbirləri öz miqyasına, qəddarlığına və qurbanların sayına görə 1989-cu ilin aprelində Tbilisidə və 1991-ci ilin yanvarında Vilnüsdə törədilmiş oxşar hadisələrdən daha dəhşətli idi. Bu, dövrünü başa vurmuş sovet imperiyasının final konvulsiyaları idi.
Arye Qut yazır: "Azərbaycanlı vətənpərvərlər, yəhudi qız və rus həkim, həmçinin bir azərbaycanlı uşaq qardaş məzarında dəfn edildi. Bu, Azərbaycanın dəhşətli faciəsi idi.
İsrailli ekspertin fikrincə qanlı "Qara Yanvar" Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı və Sovet İttifaqının dağılmasının başlanğıcı oldu.
Arye Qut qeyd edir: "Bakıda törədilmiş qanlı hadisələrə baxmayaraq, 1990-cı il 20 yanvar günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı, hərbi, mənəvi və siyasi təcavüzə məruz qalsa da, o, tarixi qəhrəmanlıq ənənələrini davam etdirməyə, Vətənin azadlığı və müstəqilliyi naminə kommunist sisteminin ən amansız hücumlarına davam gətirməyə qabil olduğunu göstərdi. 1990-cı il 20 yanvar faciəsindən 30 il keçir. Azərbaycan xalqının müqəddəs and yeri olan Şəhidlər xiyabanını hər gün ziyarət edirlər, şəhidlərin məzarları üzərinə qırmızı qərənfillər qoyulur, "Əbədi məşəl" memorialında odlar yurdunun rəmzi olan alov heç vaxt sönmür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal





