Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bölgələrdə yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb - FOTO

30 Dekabr 2019 18:31
Baxış: 1 285

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdab rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.

Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.

Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.