Siyasət

Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

21 Dekabr 2019 10:50
Baxış: 716

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.

Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.

D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən ölkə kimi Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.