“Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol artıq özünü göstərməyə başlayıb - Deputat
"Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol, Azərbaycan-Çin münasibətlərində artıq öz əhəmiyyətini göstərməyə başlayıb".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Coğrafi mövqeyinə görə Azərbaycanın Qafqazda Çinin etibarlı partnyoruna çevrildiyini vurğulayan Milli Məclis üzvünün sözlərinə görə, Çin 2013-cü ildə "Kəmər və Yol Layihəsi"ni (KYL) təklif etdikdən sonra onun iqtisadi və siyasi münasibətlərinin miqyası böyüməyə başlayıb.
O hesab edir ki, Avrasiya məkanında müxtəlif ölkələrlə əlaqələrini inkişaf etdirən Çinin Cənubi Qafqaz regionuna da marağı artıb. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Cənubi Qafqazda "Bir kəmər, Bir yol" layihəsi ilə bağlı təşkil edilən foruma dəvət alan yeganə lider olması, rəsmi Pekinin, ölkəmizi regionda əsas siyasi və iqtisadi tərəfdaşı hesab etdiyini göstərir.
Deputatın fikrincə, "Bir kəmər, bir yol" təşəbbüsü ticarət, turizm, nəqliyyatda yeni imkanların yaradılmasına, xalqlararası münasibətlərin qurulmasına, Avrasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir: "Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".
B.Əliyev qeyd edib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib: "Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Çinlə münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqətdə saxlayır".
Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropa hərəkət etməkdədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)





