“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 90-cı kitabı çapdan çıxıb
Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 90-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.
Çoxcildiyin 90-cı kitabında Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində İzmir şəhərində "Star" Neft Emalı zavodunun açılış mərasimində çıxışının mətni, Belarus Respublikasına rəsmi səfəri haqqında materiallar yer alıb. Nəşrdə Azərbaycan Prezidentinin İtaliya, Rusiya, ABŞ, İsveçrə, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmi nümayəndələrini, habelə VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gəlmiş yüksəkvəzifəli şəxsləri qəbul etməsinə dair informasiyalar da verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Lerik, Qax rayonlarına, Şəki, Sumqayıt şəhərlərinə səfərləri zamanı iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin, eləcə də Ağdam rayonunda Muğam Mərkəzinin açılış mərasimlərində çıxışlarının, İmişlidə "ASAN həyat" Kompleksinin açılışı zamanı robot "Sofiya" ilə söhbətinin mətnləri ilə tanış ola bilər. Söhbət zamanı "ASAN xidmət"i Azərbaycanın milli brendi adlandıran Prezident deyib: "Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi vardır".
Nəşrdə dövlətimizin başçısının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasiminin, V Bakı Beynəlxalq Teatr Konfransının, Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına məktubları və digər məktublar toplanıb.
Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.
"Azərnəşr" tərəfindən buraxılan 90-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





