Azərbaycan Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında təmsil olunacaq
Sentyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfər edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclisin Sədri burada keçiriləcək Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak edəcək. Tədbirə Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunublar.
"Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq" mövzusunda keçiriləcək konfransın əsas məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.
Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər sentyabrın 24-də başa çatacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda əməkdaşlıq təməli: Slovakiya Prezidentinin Azərbaycana səfəri və "ağıllı kənd" layihəsi
-
“ABŞ ya vədlərinə əməl etməli, ya da bədəlini ödəməlidir”
-
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
-
80 yaşlı Tramp yenidən tibbi müayinədən keçdi
-
Keçmiş Qətər əmiri vəfat etdi
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
XƏBƏR LENTİ
-
Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb
-
Tarkan xanımı və qızı ilə (Foto)
-
İranın hücumu nəticəsində ABŞ-ın 6 əsgəri öldü, 60-ı yaralandı
-
Məşhur cütlük Hazal Kaya və Ali Atay Türkiyəni tərk edir (Foto)
-
Nuranə Abdulkərimova vəfat etdi
-
Yusif Dursunov Avropa çempionu oldu
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
Gəncədə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama - yenilənib
-
Bakıda yaşayış binasında yanğın olub (Video)
-
Füzulidə minalanmış ərazidə yanğın baş verib
-
Qarabağda əməkdaşlıq təməli: Slovakiya Prezidentinin Azərbaycana səfəri və "ağıllı kənd" layihəsi
-
11 yaşlı uşaq çaya düşdü Yenilənib
-
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşanın Qarabağ küçəsi ilə tanış olublar (Foto)
-
Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın
-
Burak Özçivitin artıq çəkisi diqqət çəkdi (Foto)
-
Kral III Çarlzın səhər yeməyi seçimi
-
Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı
-
Çimərlikdə boğulan Rəşadın (Fotosu)
-
İranın Qeşm adasına 10-dan artıq raket atılıb
-
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
-
Lətif Quliyev vəfat etdi (Foto)
-
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
-
İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
-
Oman Sultanlığı hücuma görə İran səfirini çağırdı





