80 yaşlı Tramp yenidən tibbi müayinədən keçdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp "Walter Reed" Milli Hərbi Tibb Mərkəzində növbəti tibbi müayinədən keçdiyini və bütün göstəricilər üzrə yüksək nəticə əldə etdiyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Tramp bildirib ki, hər altı aydan bir hərtərəfli sağlamlıq yoxlamasından keçir.
ABŞ lideri müayinə zamanı beyin fəaliyyəti ilə bağlı növbəti koqnitiv testdən də keçdiyini qeyd edib. Onun sözlərinə görə, indiyədək üç dəfə iştirak etdiyi bu testlərin hamısından ən yüksək nəticə əldə edib.
"Bütün suallara düzgün cavab verdim. Vaşinqtonda bunu bacaran insanların sayı çox deyil", - deyə Tramp bildirib.
Qeyd edək ki, son aylarda ABŞ mətbuatında 80 yaşı tamam olan prezidentin səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi. Mətbuatda yayılan fotolarda Trampın ayaqlarında şişkinlik, əlində göyərmə və boyun nahiyəsində səpgilər diqqət çəkmişdi.
Ağ Evin həkimi Şon Barbabella prezidentin boynundakı səpgilərin müalicəsi üçün profilaktik kremdən istifadə olunduğunu açıqlasa da, əlavə məlumat verməmişdi.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə Trampın ayaqlarındakı şişkinliyin damar xəstəliyi ilə əlaqəli olduğunu, əlindəki göyərmələrin isə tez-tez əl sıxmasının nəticəsi olduğunu bildirmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Holand Norveçin məğlubiyyətindən danışdı
-
I və IV qruplara imtahanlar keçirildi: Cavablar saat 15:00-da - Yenilənib
-
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
-
Macarıstanın baş nazirininin gündəm olan Antalyaya görüntüləri - (Foto)
-
Kəmalə Günəşli yeni dəbdəbəli villasını paylaşdı - (Video)
-
Həftənin ilk iş gününün havası açıqlandı
-
"Apple" "OpenAI" şirkətini məhkəməyə verdi
-
Hamı İkardinin bu paylaşımından danışır
-
80 yaşlı Tramp yenidən tibbi müayinədən keçdi
-
İnstagram və Facebook istifadəçilərini şoka salacaq dəyişikliklər
-
Makqreqor ağır zədələnib, məğlubiyyətindən danışdı
-
Bilal Əliyev canlı yayımda cibindəki pulları göstərdi – (Video)
-
Məhkəmə Baydenin oğluna 1,7 milyon dollar təzminat ödənilməsinə qərar verdi
-
Hacıqabulda avtobus aşdı - 30-dan çox yaralı var - Yenilənib - Foto
-
DÇ-2026: Yarımfinal oyunları bu tarixdə olacaq
-
Nəhayət 4 BÜRCÜN iyulda üzü güləcək
-
DÇ: Messi ilkə imza atdı
-
Şəbnəm Tovuzlu tanınmaz halda - (Video)
-
Lindsi Qrem vəfat etdi
-
Eyfel də istiyə tab gətirmədi - (Foto)
-
Keçmiş Qətər əmiri vəfat etdi
-
Azərbaycanlı aparıcı aylar sonra qızına qovuşdu - (Video)
-
Makqreqor UFC-yə qayıtdı, 1 dəqiqəyə məğlub oldu
-
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu odur





