Makqreqor ağır zədələnib, məğlubiyyətindən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor UFC 329 turnirində Maks Holloueyə məğlub olduqdan sonra vəziyyəti ilə bağlı ilk açıqlamasını verib.
Milli.Az xəbər verir ki, irlandiyalı döyüşçü "X" sosial şəbəkəsində paylaşım edərək döyüş zamanı ağır zədə aldığını bildirib. Onun sözlərinə görə, qarşılaşmaya qədər heç bir sağlamlıq problemi olmayıb və hazırlıq prosesi boyunca özünü tam formada hiss edib.
"Başım sanki sıradan çıxmış mühərrik kimidir, tamamilə dayanmışam. O, darmadağın olub. Döyüşdən əvvəl heç bir zədəm yox idi. Bütün təlim-məşq toplanışı zamanı, eləcə də oktaqona çıxmazdan əvvəl pərdəarxasında heç bir problem olmadan təpik vurur, tullanır və hərəkət edirdim. Bu, gözlənilmədən baş verdi. Zülmət içindəyəm. Bunu yalnız cəhənnəm kimi təsvir edə bilərəm", - deyə Konor Makqreqor yazıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, UFC prezidenti Dana Uayt da mətbuat konfransında döyüşçünün zədəsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Konor Makqreqor görüşün ilk saniyələrində dizindən xəsarət alıb və hər dəfə ayağa qalxaraq zərbə endirməyə çalışdıqda yenidən yerə yıxılıb.
Dana Uayt bildirib ki, ilkin ehtimala əsasən, irlandiyalı idmançının dizinin ön çarpaz bağı qopub.
"Mən ilk raundda amansız bir döyüş gözləyirdim. Beşillik fasilədən sonra Konorun nəyə qadir olduğunu kimsə dəqiq deyə bilməzdi. İndi isə biz ön çarpaz bağın qopduğunu ehtimal edirik. Mən həkim deyiləm, amma hadisə baş verən an ilk ağlıma gələn bu oldu və sonradan tibbi heyət də fikrimlə razılaşdığını bildirdi", - deyə UFC prezidenti vurğulayıb.
Xatırladaq ki, Las-Veqasda keçirilən UFC 329 turnirində Konor Makqreqor Maks Holloueyə texniki nokautla məğlub olub. Qeyd edək ki, 37 yaşlı irlandiyalı döyüşçünün peşəkar MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
XƏBƏR LENTİ
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır





