Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Atanız - görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
-
80 yaşlı Tramp yenidən tibbi müayinədən keçdi
-
Keçmiş Qətər əmiri vəfat etdi
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
XƏBƏR LENTİ
-
Yamalı güldürən qardaşının mimikaları - (Video)
-
Əminə Şirin: "Zindanda keçirdiyim ilk gecə həddindən çox xoşbəxt idim" - (Video)
-
Tanınmış jurnalistə AĞIR İTKİ
-
Sabah çimərliklərdə hava necə olacaq?
-
Tramp Ankarada Putini çətin vəziyyətə saldı
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Oğlun bahalı hədiyyəsi ananı kövrəltdi - (Video)
-
Türkiyəli müğənni əməliyyat olundu - (Foto)
-
Holand Norveçin məğlubiyyətindən danışdı
-
I və IV qruplara imtahanlar keçirildi: Cavablar saat 15:00-da - Yenilənib
-
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
-
Macarıstanın baş nazirininin gündəm olan Antalya görüntüləri - (Foto)
-
Kəmalə Günəşli yeni dəbdəbəli villasını paylaşdı - (Video)
-
Həftənin ilk iş gününün havası açıqlandı
-
"Apple" "OpenAI" şirkətini məhkəməyə verdi
-
Hamı İkardinin bu paylaşımından danışır
-
80 yaşlı Tramp yenidən tibbi müayinədən keçdi
-
İnstagram və Facebook istifadəçilərini şoka salacaq dəyişikliklər
-
Makqreqor ağır zədələnib, məğlubiyyətindən danışdı
-
Bilal Əliyev canlı yayımda cibindəki pulları göstərdi – (Video)
-
Məhkəmə Baydenin oğluna 1,7 milyon dollar təzminat ödənilməsinə qərar verdi
-
Hacıqabulda avtobus aşdı - 30-dan çox yaralı var - Yenilənib - Foto
-
DÇ-2026: Yarımfinal oyunları bu tarixdə olacaq
-
Nəhayət 4 BÜRCÜN iyulda üzü güləcək





