Bu gün imtahan var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu odur
-
Gürcüstana səfər etmək istəyənlərin diqqətinə!
-
Hörmüz boğazı yenə bağlandı
-
Cud Bellinqem ən yaxşısı seçildi
-
Bu da Cennifer Lopezin jurnalist bacısı – (Foto)
-
Bakıda internetə görə qonşular arasında dava - Ölən var
-
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar (Foto)
-
Bu gün imtahan var
-
Hacıqabulda avtobus aşdı - 30-dan çox yaralı var - (Foto)
-
Dünya çempionatı: İngiltərə və Argentina yarımfinalda!
-
Tramp yenidən tibbi müayinədən keçdi
-
Messi nə etsə, o da təkrarlayır - Qəribə təsadüf
-
Evliliyə hazırlaşan məşhur müğənni aktrisa sevgilisi ilə çimərlikdə
-
“Amazon” sürücüsü bədən quruluşu ilə diqqət çəkdi - (Video)
-
Yumurtanın təzə olub-olmadığını belə yoxlamaq olar
-
Zaqatalada qəza: İki nəfər yaralandı
-
Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib?
-
Səhvən su əvəzinə sirkə turşusu içdi
-
Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - (Video)
-
Ata və oğul gizli görüşüb
-
20 il sonra piramidalarda konsert verəcək
-
Badımcanı yayda çox yeyin
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu





